İctimaiyyət

Ermənistanda üçüncü və sonrakı uşaqların doğuş nisbətində artım qeydə alınıb

Ermənistanda üçüncü və sonrakı uşaqların sayında artım qeydə alınıb. Bu barədə əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib.

“Məsələn, 2018-ci ildə erməni ailələrində bu qrupa aid 8271 uşaq doğulub. 2022-ci ildə onların sayı 11 956 nəfər olub, artım 44,6 faiz təşkil edib”, – Mkrtçyan bildirib.

Nazirin sözlərinə görə, “doğum səviyyəsinin ədədi strukturuna” hökumətin son illər həyata keçirdiyi tədbirlər əhəmiyyətli dərəcədə təsir göstərir.

Nazir onu da qeyd edib ki, 2023-cü ilin dekabr ayına olan məlumata görə, “Ailədə üçüncü və hər bir sonrakı uşağın doğulmasına maddi dəstək” proqramı çərçivəsində 21 804 uşağa dəstək verilib. Proqram 2022-ci ilin yanvarından qüvvədədir.

Daha çox göstər
Back to top button