BaşlıcaEkonomikaSiyasət

Papoyan və Maraqos ER-AB ticarət-iqtisadi əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə ediblər

İqtisadiyyat naziri Gevorq Papoyan Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqosu qəbul edib. Görüşdə nazir müavinləri Rafayel Gevorqyan və Narek Hovakimyan da iştirak ediblər.

Nazirlikdən NEWS.am-a məlumat veriblər ki, ER-AB ticarət-iqtisadi əməkdalığının genişləndirilməsi, AB tərəfindən verilən sahə maliyyə və texniki dəstək, Şərq tərəfdaşlığı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq, birgə həyata keçirilən layihələr və təşəbbüslərlə bağlı bir sıra məsələlər müzakirə olunub.

ER-AB Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi (CEPA) çərçivəsində nəzərdə tutulan müddəaların həyata keçirilməsinə, “Erməni konyakı”nın yeni adının rebrendinq və marketinq proseslərinə, sahibkarlıq sahəsinə dəstək proqramlarına, AB texniki yardım alətlərinin (TAIEX, Twinning) istifadəsinə və digər məsələlərə toxunulub.

Tərəflər ER iqtisadiyyatının prioritet istiqamətləri, ixracın təşviqi və diversifikasiyası, investisiyaların cəlb edilməsi, kapital bazarının inkişafı, keyfiyyət infrastrukturlarının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və onunla bağlı AB tərəfindən verilən dəstək layihələri istiqamətində fikir mübadiəsi aparıblar.

Ermənistanın hazırda yaradılmış yeni reallıqlar çərçivəsində AB ilə münasibətləri dərinləşdirməyə sadiqliyi və AB tərəfindən həyata keçirilən və planlaşdırılan regional proqramlarda daha fəal iştirak etməyə hazır olduğunun vacibliyi vurğulanıb.

Nazir həmçinin ER Hökumətinin “Sülh kəsişməsi” layihəsini və onun prinsiplərini qonaqlara təqdim edib.

Daha çox göstər
Back to top button